Deputat gəlirlərini və xərclərini açıqladı: “Maaş kartımda 9 min 860 manat 59 qəpik var”

Deputat gəlirlərini və xərclərini açıqladı: “Maaş kartımda 9 min 860 manat 59 qəpik var”
09:49 01-08-2020 | icon 1299

Milli Məclisin deputatı Erkin Qədirli bu ilin mart-avqust ayları üçün əldə etdiyi gəlirin məbləğini açıqlayıb.

milletinsesi.info-ın xəbərinə görə, E.Qədirli bildirib ki, maaş, bayram payları və məzuniyyət haqqı daxil olmaqla, 20 min manat alıb.

“Bu isə aylıq ortalama olaraq 3,3 min manatdır. Maaşdan başqa gəlirim yoxdur”, - deyə E.Qədirli əlavə edib.

Millət vəkili qeyd edib ki, gəlirinin dörd min manatını xeyriyyə işlərinə, 2 400 manatını anasının evinin təmirinə, 1 500 manatını avtomobilinin təmirinə, 1 000 manatını saytın qurulmasına xərcləyib.

Onun sözlərinə görə, yerdə qalanları isə digər xərclərə - kommunal, benzin, saytlarda abunə haqlarına, ərzağa – sərf olunub.

E.Qədirli söyləyib ki, hazırda maaş kartında 9 min 860 manat 59 qəpik var.

“Hesabat dövründə heç bir əmlak əldə etməmişəm. Doğum günümdə dostlar Çin istehsalı olan bir smartfon, bir kostyum, bir köynək və bir qalstuk bağışlayıblar”.