Sahildə yadplanetliyə bənzəyən nadir balıq tapılıb - VİDEO

Sahildə yadplanetliyə bənzəyən nadir balıq tapılıb - VİDEO
09:07 31-07-2020 | icon 2721

Avstraliya sahillərində nadir balıqlardan olan “Ocean sunfish” tapılıb.

“Daily Mail”in məlumatına görə, onu görən turistlər əvvəlcə yadplanetli ilə rastlaşdıqlarını düşünüblər. 

Tim Rotman dostu ilə birlikdə nəhəng balığı Avstraliyanın Kennet çayı sahilində tapıb.

“Biz sahilin kənarı ilə gəzərkən uzaqdan iri təpə gördük. Heç vaxt belə bir şeylə rastlaşmamışdım. Uzaqdan yadplanetliyə oxşayırdı”, - deyə, T.Rotman bildirib.

Qeyd edək ki, “Günəş balığı” kimi tanınan bu canlı sümüklü balıqlar arasında ən ağır çəkilisidir. Ayrı-ayrı fərdlərinin çəkisi bəzən iki tonu keçir. Onların eni və uzunluğu isə üç-dörd metr olur.