Ürəyi dayanmış qadın üç gün ərzində yaxınları ilə söhbət etdi - VİDEO

Ürəyi dayanmış qadın üç gün ərzində yaxınları ilə söhbət etdi - VİDEO
16:28 28-07-2020 | icon 889

Ürəyi üç gün müddətinə dayanan qadın həkimlərin səyi nəticəsində xilas edilib.

“Global Times”ın məlumatına görə, hadisə Çinin Şensi əyalətində baş verib.

Bildirilib ki, hər zaman gecə yarısına qədər oyaq qalan 23 yaşlı qadının immun sistemi zəifləyib. Bu fonda o, kardiogen şok keçirib və ürəyi dayanıb.

Həkimlər onun nəfəs almasını təmin etmək və ürəyini fəaliyyətdə saxlamaq üçün qanın oksigenlə doydurulması - ekstrakorporal membran oksigenləşməsi üsulunu tətbiq ediblər.

Üç gündən sonra çinli qadının ürək funksiyası bərpa olunub.

Maraqlıdır ki, qadının ürəyi dayandığı müddətdə onun huşu özündə olub və ətrafındakı insanlarla danışıb. Yaxşı əhvalda olan qadın öz qeyri-adi təcrübəsi barədə dostları ilə bölüşüb, onlara ismarıc yollayıb.

Bununla bağlı video sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.