Ata 10 yaşlı oğlunu ondan pul oğurladığını əsas gətirərək, döyüb və əlinə qaynar qaşıq basıb - VİDEO

Ata 10 yaşlı oğlunu ondan pul oğurladığını əsas gətirərək, döyüb və əlinə qaynar qaşıq basıb - VİDEO
13:00 25-07-2020 | icon 2478

Daxili İşlər Nazirliyi Astarada uşaqların döyülməsi məsəsləsinə münasibət bildirib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirilib ki, 6 və 10 yaşlı azyaşlıların döyülməsi ilə bağlı polisə müraciət ötən gün daxil olub:

“Bu barədə uşaqların əmisi DİN-in 102 zəng mərkəzinə ümraciət edərək bildirib. Müraciətə dərhal reaksiya verilib və Astara Rayon Polis Şöbəsinin əməkdaşları dərhal sözügedən ünvana gediblər.

Müvafiq məhkəmə-tibbi ekspertizasının təyin olunması haqqında qərar qəbul edilib. Hazırda faktla bağlı Astara Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma davam etdirilir. Ekspertizanın verəcəyi rəydən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, Astarının Ərçivan kəndində altı və 10 yaşlı bacı-qardaş ata və ögey ananın işgəncəsinə məruz qalıblar. 2010-cu il təvəllüdlü Məmmədov Əlihəsən Cavid oğlu və 2014-cü il təvəllüdlü Məmmədova Ruqayə Cavid qızı atası Məmmədov Cavid və analığı Mirzəyeva Sevinc tərəfindən iki il ərzində şiddət görüblər. 

Belə ki, ata 10 yaşlı oğlunu ondan pul oğurladığını əsas gətirərək, döyüb və əlinə qaynar qaşıq basıb.