Müdafiə Nazirliyi dezinformasiyalara inanmamağa çağırır - VİDEO

Müdafiə Nazirliyi dezinformasiyalara inanmamağa çağırır - VİDEO
18:07 16-07-2020 | icon 163

Öncəki təxribatların ermənilər tərəfindən qəsdən bilərəkdən yayılması öz təsdiqini tapdı.

Son günlər sosial şəbəkələrdə saxta profillər yaradılaraq, guya yaralılara kömək məqsədilə müxtəlif qruplardan qana ehtiyacın olması barədə məlumatlar yayılır ki, bunların heç biri həqiqəti əks etdirmir, yalandır, məqsədyönlü şəkildə yayılır və təxribat xarakteri daşıyır.

Gəncə Hərbi Hospitalının rəisi, tibb xidməti polkovnik-leytenantı Hüseyn Qaçayev Gəncə Hərbi Hospitalının özünün Qan Bankında bütün qan qruplarından ehtiyatın olduğunu, hazırda qanla əlaqədar heç bir çətinliyin olmadığını bildirib.

İyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub.

Ermənistan silahlı qüvvələrinin bölmələri "X-55" taktiki pilotsuz uçuş aparatı vasitəsilə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Lakin bölmələrimizin sayıqlığı nəticəsində düşmən PUA-sı dərhal aşkarlanaraq məhv edilib.

Daha ətraflı Baku TV-nin videosüjetində: