Məktəblini küçədə zorlamağa cəhd etdi, nail olmadıqda isə... - VİDEO

Məktəblini küçədə zorlamağa cəhd etdi, nail olmadıqda isə... - VİDEO
17:35 16-07-2020 | icon 186

İçkili şəxs məktəbliyə elə küçənin ortasında hücum edərək, onu zorlamaq istəyib. Ancaq buna nail olmadıqda onu öldürüb.

Lenta.ru-nun məlumatına görə, dəhşətli hadisə Rusiyada baş verib. 

Məlumata görə, cani 16 yaşlı yeniyetməyə yaxınlaşıb, ona təcavüzə cəhd edib. Qızın müqavimətini gördükdə isə onu balıq toru ilə boğub.

Sonra məktəblinin iki telefonunu və smart qolbağını götürərək, hadisə yerindən qaçıb. 

Cinayətkar artıq həbs olunub. O, törətdiyi əməli etiraf edib.

Cani ömürlük həbsə məhkum edilib.