Prezident Elmira Süleymanovaya fərdi təqaüdün verilməsi haqqında sərəncam imzalayıb

Prezident Elmira Süleymanovaya fərdi təqaüdün verilməsi haqqında sərəncam imzalayıb
15:35 16-07-2020 | icon 779

Prezident İlham Əliyev Elmira Süleymanovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında insan hüquqlarının qorunması sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Elmira Teymur qızı Süleymanovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.