“Müharibə dövrü üçün bütün hazırlıq işləri həyata keçirilir” - AÇIQLAMA

“Müharibə dövrü üçün bütün hazırlıq işləri həyata keçirilir” - AÇIQLAMA
14:49 16-07-2020 | icon 102

“Hərbi hissələrin şəxsi heyəti çağırışçılarla komplektləşdirilir. Eyni zamanda, müharibə dövrü üçün bütün hazırlıq işləri həyata keçirilir və bu iş daimi aparılır”.

milletinsesi.info-ın məlumatına görə, bunu mətbuat konfransında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bildirib.

Onun sözlərinə görə, ordu sıralarından təxris olunan hərbi vəzifəlilər seçilir:

“Onlar hərbi ixtisaslarına görə təyinatları üzrə seçilərək, komandalara təyin olunur. Hər hansı hadisə baş verdikdə, səfərbərlik olduqda hərbi hissələrdən daxil olmuş sifarişlər əsasında bu şəxsi heyət hazırlanaraq, toplanış məntəqələrindən həmin hərbi hissələrə göndərilirlər”.

İlhamə Əbülfət