COVID-19-dan qorunmağın üç mümkün yolu göstərildi

COVID-19-dan qorunmağın üç mümkün yolu göstərildi
05:00 14-07-2020 | icon 96

COVID-19-a yoluxmamaq üç yolla mümkündür.

“Komsomolskaya pravda”nın məlumatına görə, bu barədə rusiyalı immunoloq, tibb elmləri namizədi Nikolay Kryuçkov bildirib.

Onun sözlərinə görə, bura anadangəlmə immunitet və digərləri tərəfindən mövsümi koronavirusa yoluxma nəticəsində alınan möhkəm immunitet daxildir.

Tibb işçisi COVID-19-dan qorunmağın üçüncü yolu kimi xəstəliyi yüngül formada keçirməni göstərib.

“Kimsə hətta (yoluxduğunun) fərqində olmaz, diqqət eləməz. Məsələn, bir neçə gün öskürdü, bitdi. Bununla belə infeksiya olub və spesifik immunitet qalır”, - deyə Kryuçkov  vurğulayıb.

İlk iki halda infeksiya ya ümumiyyətlə orqanizmə daxil olmur, ya da  soyuqdəymədən sonra yaranan anticisimlər sayəsində yox edilir.

“Yəni hətta virusa olan “yaddaş” kifayətdir ki, orqanizm infeksiyanı tezliklə məhv eləsin”, - deyə Kryuçkov dəqiqləşdirib.