Naftalanda ağır qəza baş verib, üç nəfər ölüb

Naftalanda ağır qəza baş verib, üç nəfər ölüb
00:14 14-07-2020 | icon 162

 

 

Naftalanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun xəbərinə görə, hadisə Naftalan-Qaşaltı avtomobil yolunda qeydə alınıb.

Hərəkətdə olan iki "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində üç nəfərin öldüyü, bir neçə nəfərin isə yaralandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.