Gürcüstan Prezidenti Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı narahatlığını ifadə edib

Gürcüstan Prezidenti Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı narahatlığını ifadə edib
22:28 13-07-2020 | icon 207

Gürcüstan Prezidenti Salome Zurabişvili iyulun 12-13-də Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginliyə münasibət bildirib.

Gürcüstanın prezident Administrasiyasının bəyanatında Zurabişvilinin baş verənlərə görə narahatlığı əks olunub. Bəyanatda deyilir: 

“Bu gün biz görünməz düşmənə qarşı vuruşarkən beynəlxalq həmrəylik və qlobal stabilliyin saxlanılması olduqca vacibdir. Regionumuzda sülh və təhlükəsizlik Gürcüstanın gələcək inkişafı baxımından, həmçinin bizim dost və tərəfdaş ölkələrimiz – Ermənistan və Azərbaycan üçün vacibdir”.