Tıxacda gözləyən sürücülərin əlbəyaxa davası - VİDEO

Tıxacda gözləyən sürücülərin əlbəyaxa davası - VİDEO
06:42 05-07-2020 | icon 98

Rusiya Federasiyasının Tver şəhərində tıxacda qalan sürücülər arasında əlbəyaxa dava düşüb.

REN TV xəbər verir ki, hadisənin şahidləri insidenti mobil telefonlarına çəkərək, “VKontakte” sosial şəbəkəsində paylaşıblar.

İki şəxs arasında baş vermiş əlbəyaxa davanın səbəbi məlum olmayıb.

Qısa müddət sonra hadisə şahidləri dalaşan tərəfləri ayırıb.