Tramp milli qəhrəmanların heykəlləri olan park yaradacaq

Tramp milli qəhrəmanların heykəlləri olan park yaradacaq
06:21 05-07-2020 | icon 110

ABŞ Prezidenti Donald Tramp etirazlar zamanı vandallar tərəfindən bir çox abidələrin dağıdılmasından sonra milli qəhrəmanların heykəlləri olan parkın yaradılacağını elan edib.

Bu barədə “RİA Novosti” xəbər verib.

Dövlət başçısı Raşmor dağındakı abidənin önündə çıxışı zamanı parkın açıq havada olacağını və burada yalnız ən böyük “keçmiş nəhənglər”in abidələrinin yerləşəcəyini vurğulayıb.

Son həftələrdə ABŞ şəhərlərində irqçiliyə qarşı etirazlar abidələrin alçaldılmasına və məhv edilməsinə səbəb olub.

Aksiya iştirakçıları təkcə Konfederasiya xadimlərinin abidələrini deyil, eyni zamanda Amerikanı kəşf edən Xristofor Kolumbun, ABŞ-ın ilk prezidenti və qurucularından biri Corc Vaşinqtonun, habelə dövlət himninin müəllifi Frensis Skott Keyin də abidələrini məhv ediblər.