İlk kosmik turist açıq fəzada 1,5 saat vaxt keçirəcək

İlk kosmik turist açıq fəzada 1,5 saat vaxt keçirəcək
01:21 05-07-2020 | icon 144

Açıq kosmosa çıxmaq istəyən ilk turist orada 1,5 saat vaxt keçirə biləcək.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Beynəlxalq Kosmik Stansiyadan açıq kosmosa turistin iştirakı ilə ilk çıxış təxminən 90-100 dəqiqə çəkəcək.

Turist bu müddət ərzində dünyanı hər tərəfdən görə biləcək.

Çünki sözügedən müddət ərzində stansiya Yer kürəsi ətrafında tam dövr edir.