Trampın paylaşımı Zukerberqə 7,2 milyard dollarlıq zərər vurdu

Trampın paylaşımı Zukerberqə 7,2 milyard dollarlıq zərər vurdu
04:42 30-06-2020 | icon 91

Onlarla şirkət ABŞ Prezidenti Donald Trampın şiddət mövzulu paylaşımını silməyən “Facebook”dan reklamını geri götürüb. Nəticədə, şirkətə və sosial şəbəkənin rəhbəri Mark Zukerberqə külli miqdarda zərər dəyib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Bildirilir ki, ölkədə qaradərili Corc Floydun ölümü ilə başlayan iğtişaşlarla bağlı Tramp sosial şəbəkələrdə “Yağmalanma başlasa, atəş açacağıq” statusu paylaşıb. Onun bu paylaşımı “Twitter”dən silinsə də, “Facebook”da qalıb.

Məlumata görə, bu addım Zukerberqə baha başa gəlib. Belə ki, şirkətlərin reklamı geri götürməsi ilə “Facebook”un səhmlərinin dəyəri 8,3 faiz aşağı düşüb. Mark Zukerberq isə 7,2 milyard dollar zərərə uğrayıb. Bununla da, onun varidatı 82,9 milyard dollara düşüb.

Qeyd edək ki, Mark Zukerberq dünyanın ən zəngin insanlarının siyahısında dördüncü yerdədir.