Moda tarixçisi: “Yaxın beş ildə maskalar dəb tendensiyası olaraq qalacaq”

Moda tarixçisi: “Yaxın beş ildə maskalar dəb tendensiyası olaraq qalacaq”
01:35 30-06-2020 | icon 380

Koronavirus pandemiyası kontekstində gündəlik həyatın bir hissəsinə çevrilmiş əlcəklər və maskalar artıq moda aləmində əksini tapıb.

REN TV xəbər verir ki, bu fikri rusiyalı məşhur teleaparıcı, moda tarixçisi Aleksandr Vasilyev səsləndirib.

Onun sözlərinə görə, birdəfəlik şəffaf əlcəklər mavi çalarların populyarlığına səbəb olacaq:

“Əlcəklər ən çox mavi və ya göy rəngdədir. Bu, uyğun rəngli paltarlar üçün tendensiya yaradacaq. İnkişaf etmiş estetika duyğusu olan bir çox insan maraqsız görünməsin deyə, həmin rənglərə və ya onların qarışıqlarına uyğun geyinmək istəyəcək”.

A.Vasilyev qeyd edib ki, qarderobda yer alan maskaları da geyimə uyğunlaşdırıb bəzəyirlər:

“Maska yalnız birdəfəlik olduqda yaxşıdır. Ancaq gözəl görünüşlü olmaq istəyirsinizsə, edin. İslamda niqab və çadra da bəzədilir – qadınlar onları muncuqlarla, naxışlarla bəzəyirlər. Bunu eyni səviyyədə düşünün”.

Ekspert eyni zamanda dekorativ maskaların yalnız bir sənət əsəri kimi qəbul edilməli olduğunu xatırladıb, “çünki tibbi baxımdan bu cür maskalar heç bir əhəmiyyət kəsb etmir”.

Məşhur moda tarixçisi maskaların yaxın beş ildə moda tendensiyası olaraq qalacağına inandığını vurğulayıb.