Sumqayıtda avtomobil yandı - VİDEO

Sumqayıtda avtomobil yandı - VİDEO
17:28 29-06-2020 | icon 415

Sumqayıtda minik maşını yanıb.

milletinsesi.info xəbər verir ki, hadisə Sumqayıt Dəmiryol Vağzalının qarşısında qeydə alınıb. 

Belə ki, “VAZ 2199” markalı, 50-DS-144 dövlət nömrə nişanlı avtomobildə yanğın baş verib.

Yanğının hansı səbəbdən baş verdiyi bəlli deyil. Ətrafdakı vətəndaşlar qısa zamanda maşında yanğının miqyasının böyüməsinin qarşısını alıblar.

Hadisənin görüntülərini təqdim edirik:

Könül Cəfərli