Qubada “Azərişıq” ASC-nin avtomobili ilə yük maşını toqquşdu

Qubada “Azərişıq” ASC-nin avtomobili ilə yük maşını toqquşdu
11:49 29-06-2020 | icon 277

Qubada “Azərişıq” ASC-yə məxsus avtomobil “KamAZ” markalı yük maşını ilə toqquşub.

milletinsesi.info xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Çaykənarı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəzanın hansı səbəbdən baş verdiyi barədə hələlik məlumat yoxdur.

Əldə etdiyimiz məlumata görə, hər iki avtomobilin sürücüsü qolundan yüngül xəsarətlər alıb. Hadisə nəticəsində ölən olmayıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu barədə ilk məlumatı Report yayıb.