Arıqlamaq üçün yeyilməli olan məhsulların adları açıqlandı

Arıqlamaq üçün yeyilməli olan məhsulların adları açıqlandı
07:28 29-06-2020 | icon 659

Rusiyalı həkim-dietoloq Yelena Solomatinanın sözlərinə görə, arıqlamaq üçün rasiona mütləq lifli qida məhsulları əlavə edilməlidir.

Mütəxəssis “Qovorit Moskva” radiosuna müsahibəsində bildirib ki, liflərlə bol olan tərəvəz yağların orqanizmdən çıxarılmasında böyük rol oynayır. Bu səbəbdən də artıq çəkidən xilas olmaq istəyənlər kələmdən çox istifadə etməlidirlər. Liflərdən əlavə, bu tərəvəzin tərkibində tartron turşusu var ki, bu da karbohidratların izafi çəkiyə çevrilməsinə mane olur.

Lakin qalxanabənzər vəzinin xəstəliklərindən əziyyət çəkən qadınlar mütləq həkimləri ilə məsləhətləşməlidirlər. Çünki bu xəstəliklər zamanı kələm, əksinə, kökəlməyə səbəb ola bilər.

Eyni zamanda, arıqlamaq üçün bol maye qəbul edilməli və tərkibində çox su ola tərəvəzlər (məsələn, xiyar) yeyilməldiir.

“Göyərti və tərəvəz həzm olunarkən orqanizm xeyli enerji itirir və bu, arıqlamaq üçün gözəl fürsətdir”, - Yelena Solomatina deyib.

O, paxlalı bitkilərin faydasından da danışıb. Belə ki, bu cür qida məhsulları doyma hissi yaradır və qanda şəkərin miqdarını aşağı salır.

Yemək yeyərkən ədviyyatlardan istifadə olunmalıdır – zəncəfilin, qara və qırmızı istiotun tərkibindəki maddələr orqanizmin hərarətini yüksəldir və qan dövranını sürətləndirir ki, bu da nəticədə həzm prosesini və maddələr mübadiləsini stimullaşdırır.

Arıqlamaq istəyənlər əti də unutmamalıdırlar. Dietoloqun sözlərinə görə, onlar rasionlarına qaynadılmış toyuq əti (sinə hissəsi) və yağsız mal əti əlavə etməlidirlər. Lakin qırmızı ət həftədə iki dəfədən çox olmamaq şərtilə yeyilməlidir.

Günün birinci yarısında bir-iki yumurta (misal üçün, pomidorla birlikdə) orqanizmi bol enerji ilə təchiz edir və beyinin işini yaxşılaşdırır. Eyni zamanda, belə qida kökəlməyə səbəb olmur.