Azərbaycanda fahişəliyə cəlb etməklə bağlı 39 fakt aşkarlanıb

Azərbaycanda fahişəliyə cəlb etməklə bağlı 39 fakt aşkarlanıb
11:49 26-06-2020 | icon 2401

2019-cu ildə Azərbaycanda 39 fahişəliyə cəlb etmə halı qeydə alınıb.

milletinsesi.info statistik göstəricilərə istinadən xəbər verir ki, bu rəqəm 2018-ci illə müqayisədə azdır.

Belə ki, 2018-ci ildə 60 fahişəliyə cəlb etmək faktı aşkarlanıb.

Yetkinlik yaşına çatmayanların fahişəliyə cəlb edilməsi halları da azalıb.  2018-ci ildə beş, 2019-cu ildə isə bir belə hal qeydə alınıb.

Ötən il əxlaqsızlıq yuvaları saxlamaqla bağlı 14 hal aşkarlanıb. 2018-ci ildə isə bu rəqəm 24 olub.

2018-ci ildə seksual xarakterli hərəkətlərə məcbur etmə cinayəti ilə bağlı dörd, 2019-cu ildə isə beş fakt qeydə alınıb.