Bakıda günlərlə parkda ac-susuz qalan uşaq sığınacağa yerləşdirildi

Bakıda günlərlə parkda ac-susuz qalan uşaq sığınacağa yerləşdirildi
10:00 26-06-2020 | icon 1603

Azərbaycanda uşaq sığınacağına valideynləri tərəfindən atılmış azyaşlı qız gətirilib.

Bu barədə milletinsesi.info-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, balaca qız ötən gün polis əməkdaşları tərəfindən onlara təhvil verilib:

“Ötən gün paytaxtın Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları sığınacağa səkkiz yaşlı qız uşağı təhvil verib. Uşağın bizə verdiyi ilkin məlumata görə, İran əsillidirlər.

Özünü 2012-ci il təvəllüdlü Məmmədova Səma Kazım qızı kimi təqdim edən balaca Nizami parkı ərazisində bir neçə gündür tək qaldığını deyir. Anasının adının Şəfa olduğunu bildirir.

Vəziyyətindən də məlumdur ki uşaq günlərdir baxımsız vəziyyətdədir. Günlərdir yatmayıb, ac-susuz qalıb. Artıq sığınacaqdadır. Ona lazımi diqqət göstəriləcək. Məsələ tərəfimizdən də araşdırılacaq. Amma uşağı görən və tanıyanlardan 055-526-08-88  və ya 055-466-08-06 əlaqə nömrələri ilə sığınacağa məlumat vermələri xahiş olunur”.