Polşa Azərbaycana humanitar yardım göndərdi

Polşa Azərbaycana humanitar yardım göndərdi
15:07 25-06-2020 | icon 1603

“Bu gün şəxsi mühafizə vasitələrini Bakıya göndəririk. Bu, Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrdəki tərəfdaşlarımıza həmrəylik yardımı aksiyasının davamıdır”.

milletinsesi.info xəbər verir ki, bu sözləri Vroslav hava limanında Polşanın Xarici İşlər nazirinin müavini Pavel Yablonski deyib.

O bildirib ki, yardım kampaniyası çərçivəsində Polşa Azərbaycana təyyarə ilə ümumi dəyəri təqribən 87 min zlotı (37,3 min AZN - red.) olan tibbi maskalar, dəbilqə və dezinfeksiyaedici vasitələr göndərir:

“Yardımı qəbuledən tərəf Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta Agentliyidir. Məhz bunun sayəsində yardım vasitələri ən çox ehtiyac duyulan yerlərə və beləliklə, Azərbaycan cəmiyyətinə yönəldiləcək”.