Göyçayın kəndləri susuz qalıb - VİDEO

Göyçayın kəndləri susuz qalıb - VİDEO
09:49 25-06-2020 | icon 1106

Göyçay rayonunda bir neçə kənd su problemi ilə üzləşib.

Baku TV xəbər verir ki, bir aydır rayonun Şəhadət və Qarabağlar kəndləri susuzluqdan əziyyət çəkir.

Sakinlərin sözlərinə görə, kənddə təsərrüfat suyu olmadığı üçün nə əkin sahələrini, nə də meyvə bağlarını suvarmaq mümkündür. Su olmadığından həyətyanı sahələrdə olan meyvə ağacları quruyaraq məhv olur. 

Məsələ ilə bağlı Göyçay Suvarma Sistemləri İdarəsindən bildirilib ki, hazırda su kanallarında və çaylarda suyun səviyyəsinin aşağı düşməsi həmin kəndlərdə su çatışmazlığına səbəb olub. 

Qeyd edək ki, rayon ərazisində ümumilikdə 26 448 hektar suvarılan sahə var. Bunun da 17 772 hektarı Yuxarı Şirvan kanalından, 1 600 hektarı Yekəxana gölündən, 7 067 hektarı isə Göyçay çayından qidalanır.