İlham Quliyev: "Ötən günlə müqayisədə, ağrılarım nisbətən artıb"

İlham Quliyev: "Ötən günlə müqayisədə, ağrılarım nisbətən artıb"
17:28 24-06-2020 | icon 1121

“Ötən günlə müqayisədə, ağrılarım nisbətən artıb”. Bunu milletinsesi.info-a açıqlamasında koronavirusa yoluxan “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev deyib.

Onun sözlərinə görə, həkimlər təlaşa ehtiyac olmadığını deyir: “Vəziyyətim orta-stabildir. Dünənə baxanda bir balaca narahatlığım artıb. Ümumi olaraq, özümdə halsızlıq, iştahsızlıq hiss edirəm. Müəyyən yüngül ağrılarım olur. İntensiv müalicəm davam edir. Həkimlərin nəzarətindəyik. Ümid edirik ki, tez bir zamanda bu xəstəliyə qalib gələcəyik”.

Xatırladaq ki, ötən gün İlham Quliyev və ailə üzvlərindən COVID-19-a qarşı götürülən test nümunələrinin nəticələri müsbət (pozitiv) çıxıb. Onlar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Müalicələri davam etdirilir.