“Amazon”un anbarında güclü yanğın oldu - VİDEO

“Amazon”un anbarında güclü yanğın oldu - VİDEO
00:28 07-06-2020 | icon 124

ABŞ-ın Kaliforniya ştatında yerləşən “Amazon” şirkətinin anbalarında güclü yanğın baş verib.

Bu barədə CNN telekanalı məlumat yayıb.

Yayılan videolarda alovun anbarın böyük sahəsini əhatə etdiyi görünür.

Qeyd olunur ki, yanğın başlayan vaxt anbarda 100 nəfərə yaxın işçi olub. Onların hamısı sərbəst şəkildə anbarın ərazisini tərk edə biliblər.