Ağdaşda “Niva” aşdı, sürücü öldü

Ağdaşda “Niva” aşdı, sürücü öldü
20:49 06-06-2020 | icon 212

Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

milletinsesi.info xəbər verir ki, qəza saat 20:00 radələrində rayonun Kükəl kəndində qeydə alınıb.

Kənd sakini, 33 yaşlı Qədirov Hacı Şakir oğlunun kənd ərazisində idarə etdiyi “Niva” markalı maşın idarəetmədən çıxıb.

Nəticədə maşın aşıb, sürücü isə aldığı yaralardan hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.