AFFA koronavirusa yoluxmuş məşqçi ilə əlaqə saxlayacaq

AFFA koronavirusa yoluxmuş məşqçi ilə əlaqə saxlayacaq
10:42 05-06-2020 | icon 121

Xəbər verdiyimiz kimi, Azərbaycanın tanınmış futbol məşqçisi Nadir Qasımov koronavirusa yoluxub.

milletinsesi.info məsələ ilə bağlı AFFA Məşqçilər Komitəsi ilə əlaqə saxlayıb.

Sözügedən komitənin rəhbəri Vaqif Sadıqovun sözlərinə görə, Nadir Qasımovla gün ərzində əlaqə saxlanılacaq:

“Xəbər gecə saatlarında çıxıb. Bu üzdən onu həmin vaxt zəng vurub narahat etmək istəmədik. Amma gün ərzində əlaqə saxlayacağıq”.

Qeyd edək ki, Nadir Qasımovun nəfəs çatışmazlığından və yüksək hərarətdən əziyyət çəkdiyi deyilir.

Səbuhi Musayev