Qasırğa koronavirus xəstələrinin yerləşdiyi hospitalı dağıtdı - VİDEO

Qasırğa koronavirus xəstələrinin yerləşdiyi hospitalı dağıtdı - VİDEO
01:56 05-06-2020 | icon 120

Kabardin-Balkarda qasırğa koronavirus xəstələrinin yerləşdiyi hospitalı dağıdıb.

Bu barədə RT kadrlar yayımlayıb.

Məlumata görə, tibbi müəssisənin pəncərələri yerindən qopub, tavanı çöküb.

Hazırda zərərin miqyası hesablanır.

Xatırladaq ki, güclü qasırğa Şimali Qafqaz ölkələrini cənginə alıb, elektrik xətləri zərər görüb, evlərin, məktəb və bağçaların damları uçub.

Yerli KİV-in məlumatına görə azı 12 nəfər xəsarət alıb, bir nəfər ölüb.