Ebru Polatdan izləyicilərinə xəbərdarlıq: “Dost dedikləriniz ərlərinizi əlinizdən almağa çalışırlar”

Ebru Polatdan izləyicilərinə xəbərdarlıq: “Dost dedikləriniz ərlərinizi əlinizdən almağa çalışırlar”
23:21 04-06-2020 | icon 161

Türkiyədə son günlər açıqlama və paylaşımları ilə gündəmə gələn müğənni Ebru Polat son videosu ilə diqqətləri üzərinə çəkib.

“Haber Global” məlumat verir ki, “Instagram” hesabından video yayımlayan müğənni izləyicilərinə müraciət edib:

“Dost dediyiniz, yoldaş dediyiniz heç kimi evinizə qoymayın. Dost deyib evinizə qəbul etdiyiniz insanlar sabah ərlərinizi əlinizdən alarlar. Xəbəriniz olsun. Belə hadisələr məgər olmur?! Olur. Evinizə qəbul edərək yedirib, içirdiyiniz insanlar arxanızca dedi-qodu eliyirlər”.

İzləyiciləri onun bu paylaşımınına saysız-hesabsız rəy bildiriblər.