“TƏBİB tərəfindən abituriyentlərdən bu testin nəticələrinin istənilməsi tələbi qaydalarda qeyd edilməyib”

“TƏBİB tərəfindən abituriyentlərdən bu testin nəticələrinin istənilməsi tələbi qaydalarda qeyd edilməyib”
17:49 04-06-2020 | icon 1114

“Abituriyentlərin və onların valideynlərinin koronavirusa yoluxması və test nəticəsinin tələb edilməsi qaydası TƏBİB tərəfindən qoyulmayıb”.

milletinsesi.info-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

O qeyd edib ki, virusun testləri ölkədə xəstəlik əlamətləri olan şəxslər, hər hansı tənəffüs yolları infeksiyasının simptomları olan şəxslər, koronavirusa yoluxmuş şəxslə əlaqədə olan şəxslər, tibb işçiləri və ölkədən xaricdən gələn vətəndaşlara edilir. 

“TƏBİB tərəfindən abituriyentlərdən bu testin nəticələrinin istənilməsi tələbi qaydalarda qeyd edilməyib”, - deyə Y.Qarayeva əlavə edib.