Beşinci mərtəbədə narkotik yetişdirən xızılı “Pedro” tutuldu - FOTO

Beşinci mərtəbədə narkotik yetişdirən xızılı “Pedro” tutuldu - FOTO
10:35 04-06-2020 | icon 156

Xızıda yaşayış binasında narkotik becərən şəxs saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gecə saatlarında keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Giləzi qəsəbə ərazisində yerləşən yaşayış binasının beşinci mərtəbəsində, yaşayış olmayan mənzildə xüsusi aqrotexniki qaydada qulluq edərək narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb.

Araşdırmalarla onun həmin qəsəbə sakini, “Pedro” ləqəbli Turqay Ağayev olduğu müəyyən edilib.

Dindirilmə zamanı T.Ağayev törətdiyi cinayət əməlini etiraf edərək, çətənə kollarını may ayında əkdiyini və şəxsi istifadəsi üçün yetişdirdiyini bildirib.

Polis əməkdaşları tərəfindən T.Ağayev tərəfindən dibçəklərdə əkilmiş səkkiz ədəd çətənə bitkisi maddi sübut kimi götürülüb və bioloji ekspertizaya təqdim olunub.

Faktla bağlı Xızı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.