Bu liftlərdə insanları “Qaqarin” müşayiət edəcək - VİDEO

Bu liftlərdə insanları “Qaqarin” müşayiət edəcək - VİDEO
04:49 04-06-2020 | icon 392

“Roskosmos”un müəssisələrindən biri qeyri-adi layihəyə imza atıb. Belə ki, Yer kürəsi ətrafında dövr edən ilk insan Yuri Qaqarinin səsinin müşayiət etdiyi liftlər istehsal oluynacaq.

Bu barədə 360 TV xəbər yayıb.

Məlumata görə, ilk olaraq Rusiyanın Çelyabinsk şəhərində binalara quraşdırılacaq liftlər kosmonavtın məşhur “Poyexali” (“Getdik”) ifadəsi ilə işə düşəcək.

Qeyd edək ki, ilk kosmik uçuş 1961-ci ilin aprelin 12-də Qazaxıstandakı Baykonur kosmodromundan olub. Yerli vaxtla saat 09:07-də start verilərkən Qaqarin tarixə düşmüş “Poyexali” (“Getdik”) ifadəsini işlədib. 108 dəqiqəlik tarixi orbital uçuşunda o, Sakit Okeanın üzərində Yerin qaranlıq tərəfinə keçib, Günəşin doğduğunu görüb.