Mühafizəçi iş başında qətlə yetirildi - VİDEO

Mühafizəçi iş başında qətlə yetirildi - VİDEO
03:42 04-06-2020 | icon 117

İstanbulun Ümraniyə rayonunda anbarda mühafizəçi işləyən Murad Qaya adlı şəxs tapançadan açılan atəş nəticəsində qətlə yetirilib. Hadisə o, iş başında olarkən qeydə alınıb.

“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, qətl anbaan ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Polisin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən iki kişi – 26 yaşlı Taha.B və onun eyni yaşda olan cinayət ortağı Dənizcan.A saxlanılaraq istintaqa cəlb olunublar.

Hadisənin təfərrüatları araşdırılır.