Dünyada COVID-19-dan həyatını itirən tibb işçilərinin sayı açıqlandı

Dünyada COVID-19-dan həyatını itirən tibb işçilərinin sayı açıqlandı
03:21 04-06-2020 | icon 113

Beynəlxalq Tibb işçiləri Şurası (ICN) dünyada ən azı 230 000 tibb işçisinin yeni növ koronavirusa yoluxduğu və 600-dən çoxunun virus səbəbiylə öldüyünü açıqlayıb.

“Anadolu” agentliyi xəbər verir ki, 130 ölkədən təqribən 20 milyon tibb bacısının qeydiyyata alındığı Cenevrə Şurasında bu rəqəmlər səsləndirilib.

Həqiqi rəqəmin daha yüksək ola biləcəyi vurğulanıb. Bunu bəzi ölkələrin məlumatları açıqlamadığı ilə əsaslandırıblar.