Bakıda kişi özünü borudan asdı

Bakıda kişi özünü borudan asdı
11:28 03-06-2020 | icon 256

Bakıda intihar hadisəsi qeydə alınıb.

Bu barədə milletinsesi.info hüquq-mühafizə orqanlarına istinadla xəbər verir.

Mayın 2-də, saat 22:30 radələrində Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsində, 1973-cü il təvəllüdlü Elman Əhmədov evinin yanındakı borudan özünü asıb.

İntiharın səbəbi hələlik müəyyən edilməyib. İlkin ehtimala görə, həmin şəxs ailə münaqişəsi səbəbindən belə addım atıb.   

Faktla əlaqədar rayon prokurorluğunda AR Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.