Bakıda dəniz kənarında karantin qaydalarını pozan kafe aşkarlandı - FOTO

Bakıda dəniz kənarında karantin qaydalarını pozan kafe aşkarlandı - FOTO
11:14 03-06-2020 | icon 251

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafelər aşkar edilib. 

APA-nın məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi, Post Patrul Xidməti və 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ayırı-ayırlıqda Rəşid İsmayılov küçəsi 11-də adsız, Novxanı qəsəbəsində “Liman” kafesinin sahibləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. 

Ümumilikdə 10 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyekt sahiblərindən Elmir Xanlarov 1500 manat, digərləri 100 manat cərimə olunublar.