Şəkidə ekologiyanı məhv edən kimlərdir?(VİDEO)

Şəkidə ekologiyanı məhv edən kimlərdir?(VİDEO)
11:10 03-06-2020 | icon 449

“Ekologiyamızı necə qoruyaq” rubrikası çərçivəsində əməkdaşlarımız Şəki, Zaqatala, Balakən rayonlarında olublar. Əməkdaşlarımız Şəkinin Biləcik kəndində yoldan təxminən 7 metr kənarda böyük diametrli ağacların kütləvi qırıntısının şahidi olublar.

Ərazidə nəyin tiklməsini bilməsək də  torpağın hansısa şirkət  tərəfindən 10 metr dərinliyində  qazılıb. Ərazidə ağaclar kütləvi sürətdə məhv edilib.

Məsələ ilə bağlı əməkdaşlarımız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin rəisi Namiq müəllimlə 3 gün əlaqə saxlamağa baxmayaraq  birinci o faktı təkzib edib, bildirib ki, orada belə bir  olay ola bilməz.

Lakin sonradan ərazidən görüntülər ona təqdim olandan sonra  Namiq müəllim sualdan boyun qaçıraraq cavab verib ki, ”mən yorğunam və buna görə sizə cavab verə bilməyəcəm”.

Əməkdaşlarımız sonradan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb. ETSN-dən bildirilib ki,məsələ araşdırılacaq və əgər həmin yerdə qanun pozuntusu varsa qanun çərçivəsində tədbir görüləcək.

Qeyd edək ki, son zamanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekologiya ilə şikayətlərə çox obyektiv və operativ yanaşır İnanırıq ki, nazirlik obyektivliyini yenidən göstərəcək və əgər qanunsuzluq aşkarlanarsa  ekologiyanı məhv edən şəxslər  haqda qanun çərçivəsində tədbir görüləcək,bu barədə rəsmi açıqlama veriləcək.

Ərazidən çəkilən videoları təqdim edirik:

Mənbə BOLGEXEBER.COM