Corc Buş: “Mən və həyat yoldaşım əzab çəkirik”

Corc Buş: “Mən və həyat yoldaşım əzab çəkirik”
11:00 03-06-2020 | icon 107

ABŞ-ın keçmiş prezidenti Corc Buş afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində öldürülməsi barədə açıqlama verib.

Bununla bağlı “HaberGlobal” məlumat yayıb.

“Laura (həyat yoldaşı – red.) və mən Corc Floydun amansızlıqla boğulmasına görə əzab çəkirik. Ölkəmizi boğan ədalətsizlik və qorxudan narahatıq. İndi dərs vermək deyil, dinləmək zamanıdır”, - deyə C.Buş bildirib.

Keçmiş prezident ölkədəki faciəvi uğursuzluqların mühakimə edilməsinin vaxtının çatdığını vurğulayıb.