Bərdədə heyvan leşləri su kanalına atıldı - VİDEO

Bərdədə heyvan leşləri su kanalına atıldı - VİDEO
14:56 31-05-2020 | icon 201

Bərdədə bir neçə kəndin suyundan istifadə etdiyi su kanalına heyvan leşləri atılıb.

milletinsesi.info xəbər verir ki, leşlər kanalın Alpout kəndindən keçən hissəsində aşkarlanıb.

Heyvanların müxtəlif xəstəliklərdən öldüyü ehtimal edilir.

Kənd sakinləri bildirirlər ki, onlar kanalın suyundan suvarmada və mal-qara üçün istifadə edirlər.

Kanal bir neçə kəndin ərazisindən keçir. Leşlərin kanala kimlərin atdığı isə hələlik məlum deyil. 

Qeyd edək ki, leşlər cins heyvanlara aiddir.

Dursun Tağıyeva