Azərbaycanlı müğənni həyat yoldaşının hamiləlik görüntülərini paylaşdı - FOTO

Azərbaycanlı müğənni həyat yoldaşının hamiləlik görüntülərini paylaşdı - FOTO
13:14 29-05-2020 | icon 200

Rusiya şou-biznesində “Elman” təxəllüsü ilə fəaliyyət göstərən azərbaycanlı müğənni Elman Zeynalov cənubi koreyalı həyat yoldaşı Marqarita Soyun hamiləlik fotolarını paylaşaraq, diqqət mərkəzinə düşüb.

milletinsesi.info xəbər verir ki, sənətçi bir neçə həftə sonra ana olacaq həyat yoldaşı Marqarita ilə birlikdə kamera önünə keçərək, yay ab-havalı fotosessiyası etdirib.

Şəkillərini sosial media hesabında bölüşən Zeynalov ona qarşı olan sevgisini bu sözlərlə dilə gətirib:

“Mən səni sevirəm. Çünki məni sən yaratdın, həyatımı dəyişdin. Səni bir cümə günü gördüm və sevməyə qərar verdim”.

Qeyd edək ki, “Yeni Ulduz Fabriki” musiqi layihəsinin finalçısı, Sumqayıtda boya-başa çatan Elman Zeynalov Moskvadakı vitrin salonlarının sahibi Marqarita Soyla evlənib.

Rəşad Əliyev