İsveç “5G”yə keçdi

İsveç “5G”yə keçdi
07:49 26-05-2020 | icon 107

İsveçdə beşinci nəsil mobil rabitə şəbəkəsi – “5G” istifadəyə verilib.

“İnterfaks” xəbər verir ki, bu barədə “SVT Nyheter” telekanalı məlumat yayıb.

Yeni nəsil mobil əhatə dairəsi paytaxt Stokholmda aktivləşdirilib. İyun ayının sonunda isə Geteborq və Malmö şəhərlərində də “5G” şəbəkəsinin istifadəyə verilməsi gözlənilir.

Hazırda smartfonların əksəriyyəti sözügedən texnologiyanı dəstəkləmir.

Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq, milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini təmin edəcək.