İspaniya əcnəbilər üçün 14 günlük karantini ləğv etdi

İspaniya əcnəbilər üçün 14 günlük karantini ləğv etdi
23:56 25-05-2020 | icon 130

İspaniyada xaricdən gələnlər üçün iki həftəlik məcburi karantin qaydası iyulun 1-dən ləğv olunur.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.

Hökumətin mətbuat xidmətindən bildirilib ki, qərar ölkə rəsmilərinin videokonfrans formatında keçirilən geniş iclasında verilib.

İspaniya COVID-19 virusundan ən çox zərər çəkən ölkələr sırasındadır. Son rəqəmlərə əsasən, bu ölkədə 282 852 şəxsin yeni növ pandemiyaya yoluxduğu aşkar edilib. 28 752 xəstə virusun qurbanı olub.