Trampdan etiraf: “Koronavirusun profilaktikası üçün hidroksixloroxin qəbul edirəm”

Trampdan etiraf: “Koronavirusun profilaktikası üçün hidroksixloroxin qəbul edirəm”
18:00 23-05-2020 | icon 133

ABŞ Prezidenti Donald Tramp malyariya əleyhinə dərman qəbul etdiyini etiraf edib.

Bu barədə TASS yazıb.

D.Tramp qeyd edib ki, hidroksixloroxin qəbuluna Ağ Evdə iki nəfərdə koronavirus testlərinin müsbət çıxmasından sonra başlayıb. Dövlət başçısı dərmandan 14 gün ərzində istifadə edib. D.Tramp həmçinin bu preperatın faydasına çox inandığını bildirib.