Türkiyəli ulduz futbolçu “Beşiktaş”a qayıdır

Türkiyəli ulduz futbolçu “Beşiktaş”a qayıdır
14:56 22-05-2020 | icon 36

“Beşiktaş” klubundan icarə əsasında “Feyenoord”a keçən türkiyəli ulduz futbolçu Oğuzhan Özyakup yenidən “qara qartal”ın düşərgəsinə qayıtmaq istəyir.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Artıq futbolçu “Feyenoord”dan təklif olsa belə, “Beşiktaş”a qayıtmaq istədiyini klub rəhbərliyinə çatdırıb.

O.Özyakupun 2 milyon avrodan artıq olan maaşında endirim etməsi gözlənilir.