Gəncədə kişi tanımadığı şəxs tərəfindən döyüldü

Gəncədə kişi tanımadığı şəxs tərəfindən döyüldü
09:28 22-05-2020 | icon 204

Gəncədə döyülmə faktı qeydə alınıb. APA-nın məlumatına görə, hadisə şəhərin Fikrət Əmirov küçəsində baş verib.

Belə ki, 1986-cı il təvəllüdlü İ.Rubkov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. 

Məlumata görə, İ.Rubkov küçədə tanımadığı şəxs tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.