Ağciyər İnstitutunda daha bir xəstə öldü

Ağciyər İnstitutunda daha bir xəstə öldü
16:07 21-05-2020 | icon 1236

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha bir xəstə ölüb.

milletinsesi.info xəbər verir ki, 1960-cı il təvəllüdlü xəstə mayın 20-i saat 15:30-da ETACXİ-yə daxil olub. 

Xəstə həkim müayinəsindən keçərək aidiyyəti üzrə şöbəyə yerləşdirilib və zəruri müalicə tədbirləri seçilib. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, bu gün kəskin ağciyər-ürək və tənəffüs çatışmazlığı, ikitərəfli ağır gedişli pnevmoniya, ağciyər ödəmi, ikitərəfli durğunluq pnevmoniyası, xroniki böyrək çatışmazlığı, ikinci tip şəkərli diabet - insulin tələbli, ağciyər vərəmindən sonrakı fibroz diaqnozu ilə xəstənin bioloji ölümü qeydə alınıb.

Xəstədən COVID-19-a qarşı götürülən test nümunələrinin nəticələri neqativ (mənfi) olub.

TƏBİB ölüm faktını milletinsesi.info-a təsdiq edib.