Rüstəm Usubov istefaya göndərildi – Yeni birinci müavinin kimliyi məlumdur

Rüstəm Usubov istefaya göndərildi – Yeni birinci müavinin kimliyi məlumdur
14:38 21-05-2020 | icon 971

Baş prokurorun birinci müavini Rüstəm Usubovun istefaya göndərildiyi barədə məlumatlar təsdiqlənir. 

"AzPolitika" Baş prokurorun yeni birinci müavinin kimliyini də dəqiqləşdirib. Bu  vəzifəyə hazırda Lənkəran rayon prokuroru vəzifəsini daşıyan Məmmədov Elçin Məmmədbağır oğlunun təyin olunacağı gözlənilir. 

Onun təqdimatının Prezidentə göndərildiyi bildirilir. 

Prokurorluq orqanlarında kadr islahatları davam edir, demək olar ki, hər gün yeni təyinatlar, vəzifədən uzaqlaşdırmalarla bağlı rəsmi məlumatlar verilir.

Bu prosesdə ən diqqətçəkən, maraqla gözlənilən məsələ isə 15 ildir Baş prokurorun birinci müavini postunu tutan 66 yaşlı Rüstəm Usubovun da vəzifəsindən uzaqlaşdırılıb-uzaqlaşdırılmayacağıdır. Əksəriyyətin fikri bundan ibarətdir ki, R.Usubov istefaya göndərilmədən Baş Prokurorluqda başlayan islahat prosesini məntiqi sonluğuna çatdırmaq mümkün deyil.

“AzPolitika.info”-ya daxil olan məlumata görə, Rüstəm Usubovun istefaya göndərilməsi məsələsi də artıq həll olunub. Yeni Baş prokuror Rüstəm Usubovla işləmək fikrində deyil, çox böyük ehtimalla, o, yaxın günlərdə vəzifəsindən uzaqlaşdırılacaq. Hətta bəzi mənbələr bu qərarın yaxın bir-iki gündə elan olunacağını da iddia edirlər.

Sosial şəbəkələrdə Rüstəm Usubovun 65 yaşının olması səbəbindən təqaüdə göndərilməsinin qanuna uyğun olduğu bildirilsə də, onun bu vaxta qədər təhlükəsizlik orqanlarında mühüm işlər gördüyü diqqətə çatdırılıb.

2005-ci ildən Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini vəzifəsini icra edən Rüstəm Usubov həm ədliyyə müşaviri, həm də insan kimi vətəndaşların rəğbətini qazanan məmurlardan olub. Onun xüsusən sadə vətəndaşları qəbul edib onların problemlərini dinlədiyi və yerində həlli üçün zəruri tapşırıqlar verdiyi bildirilib.

R.Usubov həm də dövlət təhlükəsizliyinin təmin edilməsi proseslərində önəmli rol oynayıb.

Məlumat üçün qeyd edək ki, Rüstəm Usubov 1954-cü il oktyabrın 4-də Gəncə şəhərində anadan olub. 1982-ci ildə Tomsk Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Rusiya Federasiyası prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləyib. 1985-ci ildə Azərbaycan Respublikasının prokurorluq orqanlarına işə qəbul olunaraq, Bakı şəhər Prokurorluğunun böyük müstəntiqi, Respublika Prokurorluğunun İstintaq İdarəsinin prokuroru, Baş prokuror yanında mühüm işlər üzrə müstəntiq, böyük müstəntiq, Respublika Prokurorluğu İstintaq İdarəsinin 1-ci istintaq şöbəsinin rəisi, həmin idarənin Xüsusilə təhlükəli cinayətlərin istintaqı şöbəsinin rəisi, Bakı Prokurorluğunun İstintaq şöbəsinin rəisi, Bakı şəhəri Xətai rayon prokuroru, Hərbi Prokurorluğun İstintaq İdarəsinin prokuror-kriminalisti, Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi vəzifələrində işləyib.

O, Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini təyin edilib.

R.Usuobov II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvü, Baş Prokurorluğun Ali Attestasiya Komissiyasinin sədridir. Ailəlidir, üç övladı var.

Rüstəm Usubovun tərcümeyi-halı

Rüstəm Sabir oğlu Usubov - Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, ll dərəcəli dövlət ədliyyə müşaviri.

1954-cü il oktyabrın 4-də Gəncə şəhərində anadan olub. 1982-ci ildə Tomsk Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Rusiya Federasiyası prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləyib, 1985-ci ildə Azərbaycan Respublikasının prokurorluq orqanlarına işə qəbul olunaraq Bakı Şəhər Prokurorluğunun boyük müstəntiqi, Respublika Prokurorluğunun İstintaq idarəsinin prokuroru, Bas prokurorun yanında xüsusilə mühüm işlər uzrə müstəntiqi, boyük müstəntiqi, Respublika Prokurorluğu İstintaq idarəsinin 1-ci istintaq şöbəsinin rəisi, həmin idarənin Xüsusilə təhlükəli cinayətlərin istintaqı şöbəsinin rəisi, Bakı şəhər prokurorluğunun İstintaq şöbəsinin rəisi, Bakı şəhəri Xətai rayon prokuroru, Hərbi prokurorluğun İstintaq idarəsinin prokuror-kriminalisti, Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2005-ci il tarixli Sərəncamı Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini təyin edilib.

R.Usubovun adı bir sıra qalmaqallı hadisələrdə, o cümlədən Hacı Məmmədovun işində hallanıb.