Prezident Əbülfəs Qarayevi vəzifəsindən azad etdi

Prezident Əbülfəs Qarayevi vəzifəsindən azad etdi
14:30 21-05-2020 | icon 667

Azərbaycan Prezidenti İlham Əliyev Əbülfəs Qarayevin vəzifədən azad olunması haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Əbülfəs Mürsəl oğlu Qarayev Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilib. 

Qeyd edək ki, Əbülfəs Mürsəl oğlu Qarayev 1994-2001-ci illərdə Gənclər və İdman naziri, 2001-2006-cı illərdə Gənclər, İdman və Turizm naziri, 2006-2018-ci illərdə Mədəniyyət və Turizm naziri vəzifələrində çalışıb. 2018-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilmişdi.