Rus bölməsinin abituriyentləri üçün qəbul imtahanı qaydası dəyişdirildi

Rus bölməsinin abituriyentləri üçün qəbul imtahanı qaydası dəyişdirildi
17:56 19-05-2020 | icon 915

“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişikliklər edilib.

milletinsesi.info xəbər verir ki, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

İmtahanda rus bölməsinin abituriyentlərinə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim ediləcək.

Abituriyentlərin toplaya biləcəyi maksimal bal 30 bal olacaq.  

Qərarla bundan sonra imtahanın davam etmə müddəti 45 dəqiqə olacaq. İndiyə kimi imtahanın davam etmə müddəti 1 saat 30 dəqiqə olub. 

Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. “Məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (ixtisas seçiminə) buraxılırlar. 

Bu qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.