Müəllim onlayn müsahibəyə qatılmaq üçün dağın başına çıxdı - VİDEO

Müəllim onlayn müsahibəyə qatılmaq üçün dağın başına çıxdı - VİDEO
17:49 19-05-2020 | icon 767

Koronavirus pandemiyası səbəbindən ümumtəhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələr davam etdirilir.

milletinsesi.info-ın məlumatına görə, onlayn müsahibələrə Bakı şəhəri üzrə mayın 4-də, digər şəhər və rayonlar üzrə isə mayın 7-də başlanılıb.

Bəzi bölgələrdə internet problemi yaranıb. Yardımlı rayon Arvana kənd tam orta məktəbinin coğrafiya müəllimi Tural Zəkili onlayn müsahibəyə qatılmaq üçün dağın başına çıxıb. 

O qeyd edib ki, yaşadığı kənddə internet zəif olub:

“Mən dağın başına çıxıb, Arvana həmsərhəd olan kəndə gəlmişəm”.